Ərdoğan Rusiyanı “odla oynamamağa” çağırdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı “odla oynamamağa” çağırıb.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti ölkənin şimal-şərqində Bayburt şəhərində çıxışı zamanı deyib.
Ərdoğan bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Fransa prezidenti Fransua Ollandla görüşü zamanı verdiyi bəyanat qəbuledilməzdir. O qeyd edib ki, Türkiyə HHQ Su-24 bombardmançısını vuranda, onun hansı ölkəyə məxsus olduğunu bilmirdi.
Ərdoğan həmçinin İŞİD-in Türkiyədə neft satması barədə məlumatları təkzib edib. Onun sözlərinə görə, əksinə ABŞ-da sübutlar var ki, məhz Rusiya şirkətləri və İŞİD döyüşçüləri Suriya hökümətinə neft satır.
Mənbə:> Oxu.Az