Ərdoğan: Mən üzr istəməyəcəyəm
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın bombardmançı təyyarəsi Su-24-ə görə üzr istəməkdən imtina etdi.
Oxu.Az Lenta-ya istinadən xəbər verir ki, bu barədə o, cümə axşamı noyabrın 26-da CNN telekanalına verdiyi müsahibədə bildirib.
“Hava məkanının sərhədlərini pozanlar üzr istəməlidirlər” - o deyib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin daha öncə Türkiyə hakimiyyətinin indiyə qədər hadisədən dolayı üzr istəmədiklərindən şikayətlənmişdi.
Mənbə:> Oxu.Az