Ərdoğan "1915 hadisələri" toplantısını ləğv etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabaha planlaşdırlan "1915-ci il hadisələri" toplantısını ləğv edib.
ANS PRESS-in haberler.com-a istinala verdiyi məlumata görə, 100 il öncə baş verən hadisələrlə bağlı tarixçiləri bir araya gəlməli idi. Prezident süfrəsi görüşünün dəqiq vaxtı açıqlanmayıb.
Proqramın təxirə salınmasına səbəb isə dövlət başçısının qrafikinin gərgin olmasıdır.
Tarixçilərlə görüşün vaxtının dəyişdirilməsi ilə bağlı prezident sarayından açıqlama verilib. Açıqlamada deyilir:
"İş qrafikinin gərgin olması ilə bağlı olaraq ənənəvi prezident süfrəsi bu həftə olmayacaq".
Mənbə:> ANSPRESS