Ərdoğan Qərbin cavabını verdi
![Ərdoğan Qərbin cavabını verdi Ərdoğan Qərbin cavabını verdi](/uploads/posts/2015-04/1429194225_erdogan.jpg)
"Ankaranın saxta "erməni soyqırımı"nı tanıması üçün Avropa Parlamentinin səyləri faydasızdır"
ANS PRESS-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada keçirilmiş Türkiyə-Qazaxıstan iqtisadi forumunda deyib.
Onun sözlərinə görə, Avropa Parlamentinin 1915-ci il hadisələri ilə əlaqədar qərarı Türkiyə üçün qəbuledilməzdir:
"Türkiyənin Ermənistan xalqı ilə problemi yoxdur. 1915-ci il hadisələri zamanı türklər ermənilərdən daha çox əziyyət çəkiblər".
Qeyd edək ki, dünən Avropa Parlamenti "erməni soyqırımı" barədə qanun lahiyəsini qəbul edib.
Mənbə: ANSPRESS