Ərdoğan Türkiyə xalqını meydanlara çıxmağa çağırdı – VİDEO
Türkiyə lideri ölkədəki vəziyyətlə bağlı açıqlama verib.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan CNN Türk telekanalının efrinə telefon vasitəsi ilə canlı yayıma bağlanaraq ölkədəki son vəziyyət barədə açıqlama verib.
Oxu.Az xəbər verir ki, Ərdoğan Türkiyə xalqını meydanlara, aeroportlara çıxmağa və hərbçilərə müqavimət göstərməyə çağırıb.
Türkiyə prezidenti təqsirkar şəxsləri ən ağır cəza gözlədiyini bildirib.
Mənbə:> Oxu.Az