Avropa Şurasından Ərdoğan bəyanatı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Avropa Şurasından Ərdoğan bəyanatı

Avropa Şurasından Ərdoğan bəyanatı


Avropa Şurası da Türkiyədəki çevrilişlə bağlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, təşkilatın yaydığı bəyanatda bildirilir ki, ölkənin demokratik yollarla seçilən prezidentinə qarşı çevriliş cəhdi qəbuledilməzdir.

Eyni zamanda Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Türkiyədə olan vətəndaşlarına ictimai yerlərdən uzaqlaşmağı məsləhət görüb. XİN açıqlamasında bildirib ki, ölkədə vəziyyət sakitləşənə kimi bu tələb qüvvədə olacaq.
Daha əvvəl ABŞ-dan Türkiyədəki dövlət çevrilişinə açıqlama gəlib.

Dövlət katibi Con Kerri deyib ki, ABŞ Türkiyədəki hadisələrin səngiyəcəyinə ümidvardır.

Rusiya da ölkədə baş verənlərlə bağlı açıqlama verib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya vətəndaşlarına müraciət edərək deyib ki, Türkiyəyə getməkdən yayınsınlar. "Bu çox təhlükəlidir. Xüsusilə uşaqlar üçün”.

Türkiyədə axşam saatlarından başlayaraq ordunun hakimiyyəti ələ keçirdiyi barədə məlumatlar yayılıb. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sadəcə dövlət çevrilişinə cəhd olduğunu deyir. Ərdoğan hazırda ölkənin rəhbəri olduğunu deyib.

Mənbə: ANS PRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *