Fransa Əliyev və Sarkisyanın yeni görüşünü təşkil etmək istəyir
Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazır olduğunu bəyan edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Fransanın Azərbaycandakı səfiri Oreliya Buşe bildirib.
“Münaqişə tərəfləri arasında vasitəçi olan ATƏT-in Minsk qrupunun həmsədrləri öz öhdəçiliklərini yerinə yetirməkdə davam edəcəklər, eləcə də etimadın bərpa olunması və münaqişənin hərtərəfli dinc yolla həll edilməsi istiqamətində səy göstərəcəklər.
Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazır olduğunu bəyan edib”, - o qeyd edib.
Səfirin sözlərinə görə, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Sankt-Peterburqda keçirilən üçtərəfli görüşün nəticələrini alqışlayır.
“Münaqişənin dinc yolla həllinə yalnız daimi dialoq vasitəsilə nail olmaq mümkündür”, - deyə O.Buşe əlavə edib.
Mənbə:> Oxu.Az