Lavrov Qarabağ münaqişəsinin həlli prosesinin irəliləməsinin tərəfdarıdır
ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yeni qərarların axtarışı və artıq əldə olunmuş qərarların həyata keçirilməsi prosesinə sadiqdirlər.
Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın XİN başçısı Segey Lavrov bazar günü bəyan edib.
“Cənab həmsədrlər, ATƏT nümayəndəsi, mən çox şadam ki, zamanı tutuşdurmaq və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəliləmək üçün qəbul olunmuş addımlara əlavə olaraq hansı addımların atılmasına əmin olmaq üçün imkan yaranıb”, ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü açıq elan edən Lavrov deyib.
“Bu istiqamətdə Fransa və ya Amerikanın təşəbbüsündən və ya Ermənistan və Azərbaycanla münasibətlərimizi nəzərə alaraq Rusiyanın səylərindən danışanda, hər bir həmsədr ölkə bu prosesə sadiqdir”, - nazir deyib.
Mənbə:> Oxu.Az