Həmsədrlər bəyanat yaydılar » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Həmsədrlər bəyanat yaydılar

Həmsədrlər bəyanat yaydılar


“İrəvan və Bakı səfərimiz zamanı, keçirilmiş yüksək-səviyyəli görüşlər barədə danışmışıq, hər iki prezidentlə Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqlar üçün cari təklifləri müzakirə etmişik".

ANS PRESS-in məlumatına görə https://az.wikipedia.org/wiki/AT%C6%8FT-in_Minsk_qrupu" target="_blank">ATƏT-in Minsk qrupunun Azərbaycan və Ermənistana səfərindən sonra verdiyi bəyanatda belə deyilir.

İlham Əliyev və Serj Sarqsyan arasında görüş sonuncu dəfə 2014-cü ilin oktyabrında Parisdə baş tutub.

ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Jak For (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin Azərbaycana səfəri iyulun 22-də başlayıb. Daha əvvəl həmsədrlər Ermənistanda olublar.

İyulun 23-də isə həmsədrləri Prezident İlham Əliyev qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqların hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bakıda mətbuat konfransı keçirən amerikalı həmsədr Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinə dair sülhün Azərbaycanın xeyrinə əldə olunacağı bildirib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *