İlham Əliyev həmsədrləri qəbul etdi
Azərbaycan prezidenti İlham Əliyev iyulun 23-də ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorliki (ABŞ), İqor Popovu (Rusiya), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqların hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Mənbə:> Oxu.Az