Həmsədrlər Vaşinqtondadırlar
ATƏT-in Minsk Qrupunun həmsədrləri Vaşinqtondadırlar.
Oxu.Az xəbər verir ki, bu barədə amerikalı həmsədr Ceyms Uorlik özünün Twitter hesabında yazıb.
“ATƏT-in Minsk Qrupunun həmsədrləri Vaşinqtonda Dövlət Departamenti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Şurasında görüşlərdə Dağlıq Qarabağ münaqiəşəsinin sülh yolu ilə həlli məsələsini müzakirə edəcəklər”, - Uorlik qeyd edib.
Mənbə:> Oxu.Az