Uorlikdən Qarabağ tviti
ATƏT Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik ABŞ Erməni Milli Komitəsinin nümayəndələri ilə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı müzakirələr aparıb.
ANS PRESS-in məlumatına görə, həmsədr bunu öz Twitter səhifəsində yazıb.
C.Uorlik qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan məsələləri komitə üzvləri ilə müzakirə etməyə həmişə şaddır:
"Gəlin, münaqişənin tənzimlənməsi sahəsində müzakirələrimizi davam etdirək”, - deyə həmsədr bildirib.
Qeyd edək ki, bir müddət öncə ATƏT Minsk Qrupunun həmsədrləri regiona səfər etmişdilər. Onlar həm Azərbaycana, həm də Ermənistana səfər edərək bir sıra görüşlər keçirmişdilər. Həmsədrlər regiona səfərlərindən sonra birgə bəyanat yayaraq münaqişənin nizama salınması ilə bağlı fikirlərini ifadə etmişdilər.
Mənbə:> ANSPRESS