Ceyms Uorlik: Atəşkəs pozulmamalıdır
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlama verib.
ANS PRESS-in məlumatına görə, o, "Twitter" səhifəsində yazıb ki, münaqişənin sülh yolu ilə həll olunması üçün danışıqları davam etdirməyin vaxtıdır.
Ermənistanda səfərdə olan C.Uorlik Qarabağ münaqişənin sülh yolu ilə həlli üçün atəşkəsi pozmamağın vacibliyini vurğulayıb.
Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün sabah Bakıya gələcəklər.
Mənbə:> ANSPRESS