Fransa Minsk qrupunu göstərdi
Ermənistan-Azərbaycan münaqişəsi ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həll edilməlidir.
ANS PRESS-in məlumatına görə, bunu Fransa parlamentinin sədri Klod Bartolon Ermənistan Milli Məclisinin sədri Qalust Saakyan ilə Parisdə görüşündə deyib.
O, son hadisələrdən söz açaraq, gərginliyin artmasından narahatlıq duyduqlarını, münaqişənin həlli üçün həmsədrlərin səylərinin artırılmasının zəruriliyini ifadə edib.
Q.Saakyan isə bildirib ki, Fransa ilə münasibətlər Ermənistanın xarici siyasətində xüsusi yeri tutur. Bu, beynəlxalq siyasətdə Fransanın rolu, həmçinin Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkə olması ilə bağlıdır.
Mənbə:> ANSPRESS