Uorlik prezidentlərin görüşünü şərh etdi
ATƏT-in Minsk qrupunun amerikalı həmsdəri Ceyms Uorlik özünün “Twitter” səhifəsində bu gün Berndə (İsveçrə) Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşü şərh edib, Oxu.Az xəbər verir.
“Azərbaycan və Ermənistan prezidentlərinin görüşü 2016-cı ildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həll edilməsi istiqamətində danışıqların davam etdirilməsinin istəyi ilə başa çatdı”, - həmsədr yazıb.
Xatırladaq ki, bu gün İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.
Görüşdə həmsədrlər və Aərbaycan və Ermənistan XİN rəhbərləri də iştirak ediblər.
Uorlikin sözlərinə görə, danışıqlar bir saata yaxın davam edib.
Mənbə:> Oxu.Az