Azərbaycan və Ermənistan prezidentlərinin görüşü dekabrda baş tuta bilər
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan dekabrda görüşə bilərlər, bunun üçün hazırlıqlar gedir.
Oxu.Az xəbər verir ki, bu barədə cümə günü ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter sosial şəbəkəsindəki səhifəsində yazıb.
Daha öncə Azərbaycan və Ermənistan rəhbərlərinin Qarabağ münaqişəsinin tənzimlənməsi çərçivəsində dekabrın əvvəlində görüşə biləcəkləri barədə məlumat yayılmışdı.
“Biz bu ay ərzində bir qədər sonra Azərbaycan-Ermənistan sammitinin keçirilməsi yolundayıq”, - Uorlik yazıb.
Mənbə:> Oxu.Az