Uorlik İrəvana gedir
ATƏT Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik iyulun 20-də İrəvana səfər edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Uorlik özünün “Twitter” səhifəsində yazıb.
“Dağlıq Qarabağda sülhlə bağlı növbəti addımları müzakirə etmək üçün bazar ertəsi İrəvana səfər edəcəm və Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəyəm”, - deyə, Urolik bildirib.
Mənbə:> Oxu.Az