Əliyev Sarkisyan görüşü barədə
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın bu günə planlaşdırlan görüşü haqqında yazıb.
ANS PRESS-in məlumatına görə, həmsədr "Tvitter"də prezidentlərin danışıqlarında iştirak etmək üçün artıq Parisdə olduğunu qeyd edib.
“Artıq Parisdəyəm. Prezident Olland prezident Sarkisyan və prezident Əliyevlə görüşlər keçirəcək. Onların bizi münaqişənin həllində sülhə daha da yaxınlaşdıracağına ümid edirəm".
Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü bu gün Elisey sarayında baş tutacaq.
Mənbə:> ANSPRESS