10 min türk Bundestaqı mühasirəyə aldı
Almaniyada yaşayan minlərlə türk bu gün Bundestaqda müzakirə olunacaq 1915-ci il hadisələri ilə bağlı qanun layihəsinə etiraz etmək üçün Berlində etiraz aksiyası keçirib.
Axar.az xəbər verir ki, Bundestaqın yaxınlığında yerləşən tarixi Brandenburq qapıları önündə baş tutan aksiyada 10 mindən çox adam iştirak edib.
Aksiya iştirakçıları əllərində Almaniya, Türkiyə və Azərbaycan bayraqları tutaraq “Tarixi tarixçilərin öhdəsinə buraxın”, Buntestaq – Avropa qanunlarına hörmətlə yanaş”, “Soyqırım uydurmadır” kimi şüarlar səsləndiriblər.
Aksiyanın rəhbəri Əli Sönməzoğlu bildirib ki, Türkiyə tarixinə soyqırım yalanı yapışdırıla bilməz.
“Bizim tariximizdə soyqırım olmayıb. Biz bunu aydın şəkildə demək istəyirik”, - Sönməzoğlu alman parlamentarilərini ikili standartlarda ittiham edib.
Qeyd edək ki, Almaniyada yaşayan Azərbaycan, Fələstin, Misir, Suriya cəmiyyətləri də aksiyaya dəstək veriblər.
Mənbə:> Axar.az