Azərbaycandan papanın "soyqırım" bəyanatına etiraz – VİDEO
Azərbaycanın internet istifadəçiləri Roma papası Fransisin ermənilərin qondarma iddiasını "soyqırım" adlandırmasından hiddətləniblər.
ANS PRESS-in məlumatına görə, onlar Vatikanı, ermənilərdən Türkiyənin əleyhinə istifadə etməkdə ittiham ediblər.
Xəbər sosial şəbəkələrdə tənqid mövzusu olan bir zamanda isə youtube portalında Papa Fransisi “Mimino” bədii filmindəki yalançı erməni şahidi ilə eyniləşdirən video yayılıb.
Qeyd edək ki, Roma papası Franksis 1915-ci il üçün qondarma erməni “soyqırımı” iddiasını XX əstrin ilk genosidi adlandırıb. Bu sözlər Türkiyə-Vatikan arasında diplomatik qalmaqala səbəb olub. Türkiyə öz səfirini Vatikandan geri çağırıb.
Mənbə:> ANSPRESS