Türklər Almaniyada ayağa qalxdı
Almaniyanın paytaxtı Berlində qondarma erməni soyqırımının parlamentdə müzakirəyə çıxarılmasına etiraz olaraq nümayiş keçirilib.
Nümayiş Berlin Türk Birliyi (TGB), Avropalı Türk Demokratlar Birliyi (UETD), Avropa Atatürkçü Düşüncə Dərnəkləri və 20-ə yaxın təşkilatın iştirakı ilə Hamburq, Hannover, Frankfurt, Köln şəhərlərində təşkil olunub.
1500-dən artıq türk "Bundestaq qərar verə bilməz", "Parlament məhkəmə deyil" şüarları səsləndiriblər.
Xatırladaq ki, iyunun 2-də Federal Məclis qondarma erməni soyqırımı qanun layihəsini səsverməyə çıxaracaq.
Mənbə:> Milli.az