Almaniya “erməni soyqırımı” qətnaməsi qəbul etməyə hazırlaşır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Dünya

Almaniya “erməni soyqırımı” qətnaməsi qəbul etməyə hazırlaşır

Almaniya “erməni soyqırımı” qətnaməsi qəbul etməyə hazırlaşır


Almaniya Bundestaqı qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul etmək niyyətindədir.

AzNews.info-nun APA-ya istinadən məlmatına görə, bu barədə “Bild am Sonntag” qəzeti yazıb.

Parlamentdəki fraksiyalar intensiv müzakirələrdən sonra bu qərara gəliblər. Qətnamə “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımı haqqında yaddaş” adlanır. Bundestaqda qanun layihəsinin iyunun 2-də müzakirəyə çıxarılması planlaşdırılır.

Layihənin müəllifi, Yaşıllar Partiyasının türk əsilli həmsədri Cem Özdəmir qəzetə müsahibəsində deyib ki, bu qətnamə Ankaranı qıcıqlandıracaq, ancaq Bundestaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən şantaj olunmasına imkan verməyəcək.

Bundestaqda xristian-demokratların fraksiyasının rəhbəri Folker Kauder isə hesab edir ki, qətnamə türklərlə ermənilər arasında barışığa kömək edəcək.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *