Belçika parlamenti “erməni soyqırımı” ilə əlaqədar qətnamə qəbul etdi
İyulun 23-də Belçikanın parlament nümayəndələrinin palatası qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul edib.
Oxu.Az news.am-a istinadən xəbər verir ki, qətnamənin “lehinə” 124 Palata nümayəndəsi səs verib, 8 deputat bitərəf qalıb.
Sənədin əleyhinə səs verən olmayıb.
Qeyd edək ki, müxalifət qətnamənin mətnini tənqid edərək, daha birmənalı mətni olan sənədin zəruri olduğunu bildirib.
Lakin, Belçikanın baş naziri Şarl Mişelin iyunun 18-də ölkənin nümayəndələr palatasında öz hakimiyyəti adından qondarma “erməni soyqırımı”nı tanıdığını nəzərə alaraq, lehinə səs verib.
Xatırladaq ki, Belçikanın Senatı 1998-ci ildə qondarma “erməni soyqırımı”nı tanıyıb.
Mənbə:> Oxu.Az