Əliyevin əleyhinə cəmi 21 deputat səs verdi
Almaniya Bundestaqında Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı qətnamə layihəsi qəbul olunmayıb.
Virtualaz.org saytının məlumatına görə, Bundestaqda səsəverməyə çıxarılmış qətnamə layihəsinin lehinə 21 millət vəkili səsə verib.
10 millət vəkili bitərəf qalıb, qalan deputatlar isə səsəvermədə iştirak etməyib.
Qeyd edək ki, Almaniya Bundestaqının üzvləri Erika Ştaynbax, Kristof Berqner və Manfrend Qrund tərəfindən hazırlanmış qətnamə layihəsi Avropa Oyunları keçirən Azərbaycanda insan hüquqlarının aliliyinə riayət tələbi vardı.
Onu da qeyd edək ki, qətnamə layihəsinin müəlliflərindən biri olan Manfrend Qrundun adı işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfər etdiyi üçün Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahı"sındadır.
Mənbə:> Virtualaz.org