Almaniyanın Azərbaycandakı səfiri XİN-ə çağırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Almaniyanın Azərbaycandakı səfiri XİN-ə çağırıldı

Almaniyanın Azərbaycandakı səfiri XİN-ə çağırıldı


Almaniya Bundestaqında Azərbaycan əleyhinə qətnamənin qəbul edilməsi ilə əlaqədar bu ölkənin Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və Almaniya Bundestaqının qəbul etdiyi bu ədalətsiz qərarla bağlı qəti etiraz bildirilib.

Virtualaz.org-un XİN-in mətbuat xidmətinə istinadən məlumatına görə, nazir müavini Xələf Xələfov bildirib ki, belə bir qətnaməni qəbul olunması Azərbaycana münasibətdə aparılan ikili standartlar siyasətindən irəli gələn qara piar aksiyasıdır. Qətnamədə göstərilən əsassız qaralamaq xarakterli ittihamlar Almaniya və Avropa siyasi dairələrinin məqsədyönlü kampaniyasıdır və bu, Avropa ilə əlaqələrə xüsusi əhəmiyyət verən və töhfə verən Azərbaycan Respublikası üçün təəssüf doğuran haldır və qəbuledilməz hesab edilir:

Bu siyasətin davam etdirilməsi Azərbaycanla Almaniya arasında yüksək səviyyədə inkişaf edən münasibətlərə və dialoqa ağır zərbə vurur. Bunun nəticələri ilə bağlı məsuliyyət, bu qətnamənin qəbul olunmasının təşəbbüsçüsü olan və dəstək verən siyasi dairələrin və Almaniya tərəfinin üzərinə düşür.

Xələf Xələfov Azərbaycanın Avropa ilə münasibətlərin inkişafına danılmaz töhfə verdiyini qeyd edərək, bu istiqamətdə səylərin qarşılıqlı olmasının vacibliyini bildirmişdir. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin vacib rol oynadığını, Avropa xalqları arasında dostluq və tolerantlıq mühitinin möhkəmlənməsində mühüm rol oynayacaq Avropa oyunlarının birincisinə ev sahibliyi etdiyini vurğulamışdır. Azərbaycanın həmçinin beynəlxalq və regional təhlükəsizlik, beynəlxalq terrorizmə qarşı mübarizə sahələrində Avropa ilə sıx əməkdaşlıq etdiyini qeyd edib. Azərbaycanın tərəfdaşlıq münasibətlərinin təşviq edilməsinə yönəlmiş siyasi xəttinə qarşı, bir sıra Avropa dövlətləri, o cümlədən Almaniya tərəfindən nümayiş etdirilən qərəzli davranışın ikitərəfli münasibətlərin gərginləşməsinə xidmət etdiyini bildirib.

* * *11:30

Dünən Almaniya Bundestaqında CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) və SPD (Sosial Demokratlar Partiyası) fraksiyalarının irəli sürdüyü “Azərbaycanda insan hüquqlarının qorunmasını tələb etmək“ adlı qətnamənin qəbulu Almaniya və Azərbaycan arasındakı dostluq münasibətlərinin ruhuna uyğun deyil və ikitərəfli münasibətlərin gərginləşməsinə xidmət edir. Bu barədə Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunub ki, hər bir hüquqi dövlətdə olduğu kimi, Azərbaycanda da istintaq və məhkəmə prosesinə təzyiq etmək qəbuledilməzdir. Azərbaycan Respublikasında heç bir şəxs öz jurnalist və ya siyasi fəaliyyətinə görə həbs olunmur. Həmin qətnamədə əksini tapmış ittihamların heç bir əsası yoxdur. Bu, Azərbaycanın nüfuzuna xələl yetirmək məqsədi güdən qrupların və ya digər dövlətlərin qərəzli şəkildə təqdim etdiyi yanlış məlumatlardan qaynaqlanır.

Qətnamədə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi, Ermənistan tərəfindən aparılmış etnik təmizləmə nəticəsində işğal edilmiş ərazilərdən, həmçinin Ermənistandan didərgin salınmış qaçqın və məcburi köçkünlər barədə məlumat qeyd olunsa da, təəssüflə qeyd etmək lazımdır ki, ən bəsit konvension hüquqları kobud şəkildə pozulmuş bu insanların hüquqlarının müdafiəsi və Ermənistan tərəfinin bu əməllərinə görə məsuliyyəti barədə heç bir çağırış və ya tələb əks olunmur.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *