Avstraliyada “Erməni yalanlarına dur de!” yürüş-mitinqi keçirilib – FOTO
Avstraliyadakı Azərbaycan və Türkiyə diasporlarının iştirakı ilə qondarma “erməni soyqırımı”nın “100 illiyi” ilə əlaqədar etiraz yürüş-mitinqi təşkil olunub.
Oxu.Az xəbər verir ki, əllərində Azərbaycan və Türkiyə bayraqları olan yürüş iştirakçıları “Genosid yalanları”, “Onlar özləri ilə nifrət gətirdilər: Avstraliyada ilk siyasi terror 1980-cı ildə türk diplomatın öldürülməsi oldu”, “1970-1980-ci illərdə 40 türk diplomatını qətlə yetirdilər” kimi şüarlar səsləndiriblər.
Avstraliya Türkiyə Alyansının təşkil etdiyi tədbirdə türklərlə bir sırada Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin prezidenti İmamətdin Qasımov, cəmiyyətin üzvləri və bu ölkədə təhsil alan tələblərimiz də iştirak ediblər.
Mənbə:> Oxu.Az