Ermənilərə yürüş qadağan edildi
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı gəncin erməni tərəfindən vəhşicəsinə qətlə yetirilməsindən sonra şəhər rəhbərliyi ermənilərə qondarma soyqırımın yüz iliyi ilə bağlı yürüş keçirməyi qadağan edib.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yürüş erməni kilsəsindən başlayaraq Belinski və Tveritina küçələrinin kəsişməsinə kimi davam etməli idi.
Hadisədən sonra şəhər rəhbərliyi və Azərbaycan nümayəndəliyi təhlükəsizliyin təminatı üçün səyləri gücləndirib.
Məlumata görə, Karl Libknexta küçəsindəki Azərbaycan konsulluğu ərazisində polis mühafizəsinin gücləndirilməsini və binaya bitişik olan parkinq yeridəki maşınların çıxarılmasını xahiş edib.
Xatırladaq ki, qətl hadisəsi aprelin 19-da baş verib. 27 yaşlı keçmiş futbolçu Emil Hüseynov erməni idmançı Tiqran Çiçakyan tərəfindən qətlə yetirilib.
Mənbə:> ANSPRESS