Perinçəkə dəstək verdik » AzNews.info -Xəbər portalı

Perinçəkə dəstək verdik – FOTO

Perinçəkə dəstək verdik


"Erməni soyqırımı beynəlxalq yalandır" sözlərinə görə ittiham edilən Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçek məsələsinə dair bu gün Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasında (AİHM) keçirilən dinləmələrlə bağlı Strasburqda təşkil edilmiş etiraz aksiyalarında Avropadakı Azərbaycan diaspor təşkilatları da iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Hollandiyanın Haaqa şəhərindən Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın, Almaniyadan Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin rəhəbri Təranə Tağıyeva, Strasburq “Azərbaycan Evi” Cəmiyyətinin rəhbəri Mustafa Alınca və digər təşkilatların rəhbərləri, eləcə də üzvləri aksiyaya qatılaraq türk diasporuna dəstək nümayiş etdiriblər.

AİHM qarşısında əllərində Türkiyə, Azərbaycan, Türkmənistan, Almaniya, Fransa bayraqları tutan mitinq iştirakçıları fransız və türk dilində “Erməni yalanlarına son!”, “Avropa səsimizi duy!” və digər bu kimi şüarlar səsləndiriblər. Aksiyada 5 minə yaxın insan iştirak edib.

Dinləmələrdən sonra Doğu Perinçek, onu müdafiə edən vəkillər və prosesi izləmək üçün Türkiyədən qatılmış nümayəndə heyəti Strasburqdakı “La plase bordeux” konfrans zalında görüş keçirib.

Qeyd edək ki, dinləmələrdə Doğu Perincəki vəkillər Mehmet Cengiz və Kristian Lorent Peş, Türkiyə dövlətini vəkil, professor Stefan Talmon, İsveçrə hökumətini vəkil Daniel Türer, Ermənistan hökumətini isə Cofrey Robertson və Amal Kluni təmsil edib. Prosesə Türkiyənin Konstitusiya Məhkəməsinin üzvləri, Fransanın Dövlət Şurasının hüquqşünasları da qatılıblar. Məhkəmə binasının qarşısındakı küçənin bir tərəfində ermənilər, o biri tərəfində isə türklər nümayiş keçirib.

Xatırladaq ki, hüquq elmləri doktoru, Türk İşçi Partiyasının sədri, Doğu Perinçek 2005-ci ildə İsveçrədə keçirilən konfranslarda 1915-ci ildə ermənilərə qarşı Osmanlı imperiyasının "soyqırım" həyata keçirməsini təkzib edərək "erməni soyqırımı" ideyasını "beynəlxalq yalan” adlandırıb.

2005-ci ilin iyul ayında "İsveçrə-Ermənistan Assosiasiyası" Perinçekin söylədiklərinə qarşı cinayət işi tələb edən şikayətlə İsveçrə məhkəməsinə müraciət edib. 2007-ci ilin mart ayında Lozanna məhkəməsi D.Perinçeki irqi ayrı-seçkilikdə günahlandıraraq D.Perinçekə 90 günlük şərti həbs cəzası və 3000 İsveçrə frankı cərimənin (2,5 min dollar) ödənilməsinə dair qərar qəbul edib.
2007-ci ilin dekabr ayında məhkəmənin qərarına etiraz edən D.Perinçek öz hüquqlarının pozulması ilə əlaqədar AİHM şikayət edərək, Avropa Konvensiyasının İnsan Hüquqları üzrə qanunun, xüsusilə maddə 7 (qanunsuz cəza) və maddə 10 dair (söz azadlığı) öz narazılığını bildirib. AİHM 17 dekabr 2013-cü ildə bu şikayəti təmin edib. 2014-cü ilin martında İsveçrə hökuməti AİHM qərarından apellyasiya şikayəti verib.

Perinçəkə dəstək verdik
Perinçəkə dəstək verdik
Perinçəkə dəstək verdik
Perinçəkə dəstək verdik
Perinçəkə dəstək verdik
Perinçəkə dəstək verdik
Perinçəkə dəstək verdik
Perinçəkə dəstək verdik
Perinçəkə dəstək verdik

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *