Türk əsilli belçikalı deputat 1915-ci il hadisələrinə görə partiyadan qovuldu
Türk əsilli belçikalı millət vəkili Mahinur Özdəmir 1915-ci il hadisələrinə “soyqırım” demədiyi üçün üzv olduğu Demokratik Humanist Mərkəz Partiyasından xaric edilib.
"Trend" Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir ki, M.Özdəmir partiya tərəfindən 1915-ci il hadisələrinin “soyqırım” kimi qəbul edilməsi ilə bağlı fikrini bildirərək, həmin dövrdə yaşananların soyqırım olmadığını bildirib və bundan sonra partiya üzvlərinin kəskin etirazı ilə üzləşib.
O, qeyd edib ki, hər kəsin öz fikrini açıq şəkildə ifadə etmək hüququ var və o bu hüququndan istifadə edərək 1915-ci il hadisələrini “soyqırım” kimi əsla qəbul etmir.
Mənbə:> Trend