Ermənilərə Ağ Evdən qara xəbər
Ağ Ev rəhbəri 1915-ci il hadisələri ilə bağlı “soyqırım” ifadəsini işlətməyəcək.
ANS PRESS-in məlumatına görə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının müşaviri Bernadett Mihan Amerika Birləşmiş Ştatarı (ABŞ) prezidenti Barak Obamanın ermənilərin 1915-cil hadisələrinin ildönümü olaraq qəbul etdiyi aprelin 24-də çıxışı zamanı həqiqətin tam səmimi və ədalətli şəkildə qəbul edilməsi yönündə çağırış edəcəyini bildirib.
Mihan, həmçinin Ağ Ev administrasiyasının rəhbəri Denis Makdonou ilə köməkçisi Ben Rodesin “1915-ci il hadisələrinin 100-cü ildönümü anımı” barədə danışmaq üçün ABŞ-dakı erməni diasporu qurumları və Amerika Erməni Milli Komitəsi (ANCA) ilə bir araya gəldiyini sözlərinə əlavə edib.
Görüşdən sonra Amerika Erməni Milli Komitəsi (ANCA) yaydığı yazılı açıqlamada bildirilib ki, Makdono və Rodes ABŞ prezidentinin 24 aprel açıqlamasında “soyqırım” ifadəsini işlətməyəcəyini əminliklə söyləyiblər.
Mənbə:> ANSPRESS