Almaniyada kütləvi etiraz aksiyası
İstirahət günü Berlində təqribən 1300 adam hakimiyyət orqanları tərəfindən dövlətə xəyanət ittihamı ilə sübutsuz-dəlilsiz təqib edilən “Netzpolitik.org” bloqunun jurnalistlərinə dəstək aksiyasına çıxıb. Aksiya “Mətbuatın hüquqları və azadlığı” şüarı ilə keçirilib. “Netzpolitik.org” saytı yazır ki, aksiya iştirakçıları hakimiyyət orqanlarından jurnalistlərə hücumları dərhal dayandırmağı tələb ediblər.
“Netzpolitik.org” ətrafında qalmaqal fonunda baş prokuror Harald Rangenin istefası tələbləri artıb. Almaniya Sosial-Demokrat Partiyası (ASDP) sədrinin müavini Ralf Şteqner “Handelsblatt” qəzetinə müsahibəsində deyib: “Milli Təhlükəsizlik Agentliyinin dinlənilmə fırıldağı ilə bağlı fəaliyyətsizliklə bərabər, KİV-lərin qanunvericiliklə təsbit olunmuş azadlığına toxunan “topla sərçə ovuna çıxmaq” baş prokurorun vəzifələri ilə bir çərçivəyə sığmayan hərəkətlərdir”.
Solçular Partiyasının həmsədri Bernd Riksinger və bundestaqın ASDP-dən olan deputatı Kristian Flizek H.Rangeni baş prokuror vəzifəsindən istefa verməyə çağırıblar.
Bütün bu əhvalatda öz fəaliyyətinə yöndəmsizcəsinə bəraət qazandırmağa çalışan, amma tənqid etdiyi obyektin –öz milli təhlükəsizliyini və ölkədə asayişi eyni şəkildə təmin etmək hüququ olan Azərbaycan hökumətinin ədalətli hərəkətlərini başa düşmək istəməyən Almaniya federal hökumətinin mövqeyi heyrət doğurur.
Özünü görməməzliyə vuran “Freedom House” “Sərhədsiz reportyorlar”, “Human Rights Watch” kimi təşkilatların dəvəquşu tək başını kola soxub, heç kəsin görmədiyini zənn edən mövqeyi də heyrətləndirir. Aydın məsələdir ki, öz sponsorlarını və sifarişçilərini tənqid etmək onların menyusuna daxil deyil.
Mənbə:> ANSPRESS