Zakir Həsənov Türkiyəyə getdi
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında keçirilən “Efes-2016” beynəlxalq təlimlərin yekun mərhələsi zamanı təşkil edilən Yüksək Səviyyəli Qonaqlar günündə iştirak etmək üçün mayın 30-da İzmir şəhərinə yola düşüb.
Bu barədə Oxu.Az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Məlumat üçün bildiririk ki, 9 ölkənin qatıldığı “Efes-2016” beynəlxalq təlimlərində Azərbaycan Silahlı Qüvvələrinin 30 nəfərdən ibarət heyəti də iştirak edir.
Mənbə:> Oxu.Az