Zakir Həsənov Türkiyəyə getdi
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin dekabrın 17-də keçiriləcək üçtərəfli görüşündə iştirak etmək üçün İstanbul şəhərinə yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, üçtərəfli formatda keçirilən növbəti görüşdə müdafiə sahəsində həyata keçirilən birgə əməkdaşlığın gedişatı nəzərdən keçiriləcək, regional təhlükəsizlik məsələləri, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi istiqamətində fəaliyyətlər, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək.
Mənbə:> Oxu.Az