Zakir Həsənov Küveyt səfiri ilə görüşdü
Avqustun 21-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə görüşüb.
Oxu.Az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan Respublikası ilə Küveyt Dövlətinin Silahlı Qüvvələri arasında hərbi əməkdaşlağın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Mənbə:> Oxu.Az