Zakir Həsənov Qırğızıstana rəsmi səfərə gedib » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Rəsmi

Zakir Həsənov Qırğızıstana rəsmi səfərə gedib

Zakir Həsənov Qırğızıstana rəsmi səfərə gedib


Mayın 31-də Azərbaycan Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qırğızıstanın Müdafiə naziri Abibilla Kudayberdiyevin dəvəti ilə Qırğızıstana rəsmi səfərə gedib.

Oxu.Az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Qırğızıstanın Müdafiə Nazirliyində görüşləri, bir sıra hərbi hissələrə ziyarətləri nəzərdə tutulub.

Müdafiə Nazirliyində aparılacaq danışıqlar zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətlərinin nəzərdən keçirilməsi, müdafiə və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsinin aparılması planlaşdırılır.

Səfər iyunun 2-dək davam edəcəkdir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *