NATO qoşunlarını Polşaya yerləşdirir
Polşa Prezidenti Andrey Duda ölkə ərazisindəki “Xarici dövlətlərin qoşunlarının hərəkəti və dislokasiyasının əsasları barədə Qanun”a dəyişikliyi təsdiq edib.
Axar.az xəbər verir ki, bu dəyişiklik kritik vəziyyətlərdə NATO qoşunlarının sürətli reaksiya göstərməsinə imkan verir.
Həmçinin sülh dövründə xarici qoşunların (əsasən NATO və AB – red.) Polşa ordusunu gücləndirməsinə şərait yaradılacaq. Qanuna görə, bəzi hallarda xarici qüvvələrə Polşa ordusunun səlahiyyətləri qədər imkanlar veriləcək.
Qeyd edək ki, Polşa bu yay NATO-nun tamhüquqlu üzvü olmağı planlaşdırır. İyulun 8-9-da Polşada NATO-nun sammiti baş tutacaq.
Mənbə:> Axar.az