Polşa sərhədə qoşun yığır
Polşa qonşu Ukraynanın cənub-şərq sərhəd bölgələrindəki hərbi mövcudluğunu 3 dəfə artıracağını bəyan edib.
ANS PRESS-in məlumatına görə, bu haqda Polşanın müdafiə naziri Tomas Siemoniak bildirib.
Onun sözlərinə görə, 3 hərbçi bazadakı qüvvələrin sayı gələn bir neçə il ərzində artırılıcaq.
Qeyd edək ki, sentyabr ayında atəşkəs əldə edilməsinə baxmayaraq, Ukraynada gərginliklər yüksək olaraq qalır. Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən Varşava münaqişəyə hərbi cavab verilməsində o ölkəyə hərbi personal və təchizatla dəstək verən bir neçə NATO üzvü arasındadır.
Mənbə:> ANSPRESS