Günahkar Obamadır
Beynəlxalq Hərbi Cinayətlər məhkəməsi Rassel tribunalı Ukraynanın şərqində yaranmış münaqişədə Ukrayna və ABŞ prezidentləri Petro Poroşenkonu və Barak Obamanı günahlandırıb.
ANS PRESS-in məlumatına görə, açıqlamada bildirilir ki, Ukraynanın şərqində hərbi cinayətlərin törədilməsində günahkar Poroşenko və Obama ilə yanaşı Avropa Komissiyasının sədri Joze Manuel Barrozu və NATO-nun baş katibi Andres Foq Rasmussendir
Qeyri-formal Rassel tribunalı ilk dəfə Vyetnam müharibəsinin gedişatında törədilmiş cinayətlərin araşdırılması üçün 1967-ci ildə keçirilib.
Mənbə:> ANSPRESS