Türkiyə Gürcüstanı NATO-ya dəvət etdi
Türkiyə NATO-nun növbəti sammitində alyansın sıralarının Gürcüstan da daxil olmaqla genişlənməsi təklifinin lehinə çıxış edir.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Antalyada NATO-nun nazirlər görüşünə yekun vurarkən bildirib.
“Biz NATO-nun genişləndirilməsinin tərəfdarıyıq. Bizim indi dörd namizəd ölkəmiz var. Bu, Monteneqro, Bosniya, Hersoqovina, Makedoniya və Gürcüstandır. Və biz istəyirik ki, sammitin 2016-cı ildə məqsədi (alyansın) genişlənməsi olsun”, - Mövlud Çavuşoğlu deyib.
“Dünən biz dövlət katibi Con Kerri ilə Rusiyadakı vəziyyətə NATO-nun vətəndaş missiyasının qorunacağı Əfqanıstanda müştərək əməliyyatlara dair informasiya mübadiləsi etdik və NATO-nun gələcək görüşündə Varşavada müzakirələr üçün mövzular qeyd etdik.
Vurğulayım ki, Türkiyə əfqan xalqına hər zaman yardım edib və yardım edəcək, eləcə də Əfqanıstanda təhlükəsizlik qüvvələrinin yaradılmasına vasitəçilik edəcək”, - Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
NATO-nun növbəti sammiti 2016-cı ildə Varşavada keçiriləcək.
Mənbə:> Oxu.Az