NATO Tiflisi hədəfə alıb
NATO baş katibinin müavini Aleksandr Verşbov yanvarın 29-30-da Tiflisə səfərə gələcək. Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
ANS PRESS-in məlumatına görə, A.Verşbov Brüsseldə Gürcüstanın Kanal 1 televiziyasına müsahibəsində deyib ki, NATO tezliklə Gürcüstanda birgə təlim mərkəzi açacaq. Hazırda bu istiqamətdə işlər görülür.
Onun sözlərinə görə, mərkəz bu ilin sonunadək Tiflisdə işə başlayacaq: "Gürcüstanın NATO-ya daxil olmaq üçün lazım olan hər şeyi var. Bütün vacib mexanizmlər alyansın ötən ilin sentyabrında Uels sammitində genişləndirilib."
Mənbə:> ANSPRESS