Ceyms NATO-nun Azərbaycan marağını açıqladı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Ceyms NATO-nun Azərbaycan marağını açıqladı

Ceyms NATO-nun Azərbaycan marağını açıqladı


NATO enerji təhlükəsizliyinin təminatı sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. ANS PRESS-in məlumatına görə, bunu Trend-ə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib. Onun sözlərinə görə, Azərbaycan enerji təhlükəsizliyi məsələləri üzrə NATO-nun ən aktiv tərəfdaşıdır.

C.Appaturay qeyd edib ki, təhsil və enerji təhlükəsizliyi sahələrində treninqlərin təşkil edilməsində NATO və Azərbaycan arasında daha sıx əməkdaşlıq üçün potensial mövcuddur: "Alyans Oberammerqaudakı NATO məktəbində enerji təhlükəsizliyi üzrə ilk tədris kursunu təsis etməyi planlaşdırır və bu məsələdə Azərbaycanla əməkdaşlıq qurum üçün sərfəli ola bilər".

O qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyi mövzusunda bir sıra ekspert seminarları təşkil edib: "Enerji zəifliyi hazırda NATO üzvləri və onun tərəfdaşlarının üzləşdiyi yeni təhlükəsizlik problemlərinin bir hissəsidir".

Xüsusi nümayəndə əlavə edib ki, hərçənd NATO enerji institutu deyil və infrastrukturun müdafiəsinı görə məsuliyyət ilk növbədə dövlətlərin üzərinə düşür, eyni zamanda alyans təhlükəsizliyi üçün enerji sahəsində nəticələri olan hadisələri diqqətlə izləyir.

C.Appaturayun sözlərinə əsasən, enerji infrastrukturlarına olan terror təhdidləri, həmçinin enerji qurğularına qarşı artan kiberhücumlar alyansın bəzi iştirakçılarını və Azərbaycan da daxil olmaqla, bir çox tərəfdaşları çox narahat edir.

O bildirib ki, Kosova üçün Qüvvələrdən başlayaraq, uzun illərdir Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrində (İSAF), hazırda isə Əfqanıstan təhlükəsizlik qüvvələrinə tədris, konsultasiya və kömək üçün "Qətiyyətli dəstək" missiyasında Azərbaycan NATO-nun əməliyyatlarının etibarlı iştirakçısıdır.

C.Appaturay vurğulayıb ki, Azərbaycan qoşunları adətən Türkiyə hərbçiləri ilə sıx əməkdaşlıq edərək NATO əməliyyatlarında layiqli iştirak ediblər: "Azərbaycan Əfqanıstandakı qoşunlarımız üçün tranzit ölkədir".

Xüsusi nümayəndə minaların təmizlənməsi sahəsi daxil olmaqla, Əfqanıstanda Azərbaycanın mülki yardımını yüksək qiymətləndirib və Azərbaycanın NATO-ya yardımının vacibliyini qeyd edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *