Putin NATO ilə bağlı qanun imzaladı
NATO-nun Rusiya sərhədlərinə qədər genişlənməsi milli təhlükəsizliyə təhlükə yaradır.
Axar.az xəbər verir ki, məsələ ilə bağlı Rusiya Prezidenti Vladimir Putin milli təhlükəsizliyin strategiyası haqqında qanunu təsdiq edib.
"NATO-nun beynəlxalq hüquq normalarını pozması, alyansa daxil olan ölkələrin hərbi fəaliyyətlərinin artması və Rusiya sərhədlərinə qədər NATO-nun genişlənməsi milli təhlükəsizliyə təhlükə yaradır", — sənəddə deyilib.
Bundan başqa, sənəddə qeyd edilir ki, Rusiya ilə qonşu regionlarda hərbi aktivlik artır, silahlanma prosesi inkişaf edir.
Mənbə:> Axar.az