NATO: “Rusiya ilə heç bir mübadilə olmayacaq”
Rusiya ilə Suriya və Ukrayna məsələsində heç bir qarşılıqlı mübadilə olmayacaq.
Axar.az xəbər verir ki, bunu İtaliyanın “La Repablika” qəzetinə müsahibəsində NATO-nun Baş katibi Yens Stoltenberq söyləyib. Onun sözlərinə görə, NATO Ukrayna məsələsində ayıq olmalıdır:
“Ölkələrin sərhədlərinə və suverenliyinə hörmət bizim əsas amalımızdır. Biz həmçinin Suriya məsələsində həll yolu tapmaq üçün bütün imkanlarımızı səfərbər etməliyik. NATO heç vaxt Rusiyanı tədric etməklə bağlı siyasət yürütməyib”.
Mənbə:> Axar.az