MDB-də yeni proses: sərhədlər dəyişəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Dünya

MDB-də yeni proses: sərhədlər dəyişəcək

MDB-də yeni proses: sərhədlər dəyişəcək


Rusiya ərazi konfliktlərindən kənarda qala bilməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. Onun sözlərinə görə, proseslərin gedişi gələcəkdə heç kimin kommunistlərin müəyyən etdiyi sərhədləri tanımayacağını göstərir:

“Yeni prosesi mən SSRİ-nin ikinci çöküşü adlandırıram. Bu, keçmiş sovet ərazilərinin təbəqələşməsi olacaq. Bununla da artıq heç kim kommunistlər tərəfindən cızılmış sərhədlərə diqqət etməyəcək. Burada qalib və həyatda qalanlar güclü, eləcə də siyasi münasibətlər baxımından maksimal dəqiqlər olacaq. Bu məqamda təkcə güc hər şeyi həll etmir. Bu, əksinə, bir ölkəni məhv də edə bilər. Postsovet ölkələrinin çoxu hesab edir ki, onların həyatda qalmasına ABŞ-la müttəfiqlik yardım edə bilər. Lakin ABŞ-ın müttəfiqliyi də heç kimə zəmanət deyil. Ona görə ki, ABŞ hər zaman öz maraqlarının arxasınca qaçır. Məsələn, Donbasdan görünür ki, Amerika üçün Rusiyaya sanksiya mexanizmləri ilə uzunmüddətli təzyiq göstərmək bu əraziləri Ukraynaya qaytarmaqdan daha sərfəlidir. Eyni şey Qarabağla bağlı da olacaq. Azərbaycanı öz məqsədləri üçün istifadə etməyə çalışırlar, unutmaq lazım deyil ki, indiyə qədər heç kim ABŞ-dan hiyləgər olmayıb”.

Politoloq Rusiyanın da ərazi konfliktlərindən kənarda qala bilməyəcəyini vurğulayıb:

“Rusiyaya qarşı öz silahından istifadə edəcəklər və çalışacaqlar ki, ölkənin federal əsasları dağıdılsın”.

Trofimçuk hesab edir ki, postsovet məkanı ölkələrinin uzun müddət yaşaması üçün öz pullarını sənaye, müdafiə sahəsinə yönəltməli, dövlətlərarası güclü ittifaqlar qurmalıdırlar:

“SSRİ-nin çöküşündən bu günə qədər biz bunu görmürük və demək ki, bundan sonra da görməyəcəyik”.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *