"Rusiya hökuməti SSRİ-ni bərpa etməyə hazırdır"
"Rusiya hökuməti keçmiş Sovet Sosialist Respublikalar İttifaqını bərpa etməyə hazırdır".
ANS PRESS-in məlumatına görə, Gürcüstan prezidenti Georgi Marqvelaşvili belə bir bəyanatla çıxış edib. Marqvelaşvili bildirib ki, Rusiyanın 2008-ci ildə Gürcüstanla müharibəsi, həmçinin, Krımın birləşdirilməsi onu göstərir ki, Moskva hələ də təsir edə biləcəyi ölkələrdə qeyri-stabil vəziyyəti istismar edə bilər. Onun sözlərinə görə, Qərb Rusiyanın bu təcavüzkar siyasətinə qarşı qətiyyətli mövqe sərgiləməlidir.
“Keçən il Rusiya hərbi qüvvələri başqa bir ölkənin ərazisinə daxil oldu və həmin ərazi Rusiyanın torpaqlarına çevrildi. Söhbət Krımdan gedir. Belə bir hal İkinci Dünya Müharibəsindən sonra baş verməmişdi. Rusiyanın təcavüzkar siyasətindən təkcə Gürcüstan əziyyət çəkmir. Hazırda bütün dünyada təhlükəsizlik risk altındadır. Rusiyaya qarşı konkrekt addımlar atılmazsa, bu cür təcavüzkar addımları dünyanın digər yerlərində müşahidə edəcəyik”.
Rusiyanın Krımı birləşdirməsi bu ölkəyə qarşı çoxsaylı sanksiyaların tədbiqinə səbəb olmuşdu.
Mənbə:> ANSPRESS