Rusiyanın qan damarı
"Rusiya bazarlarına Türkiyədən ət və ət məhsullarının ixracı 500% çatdırılıb. Bu barədə Rusiyanın Ankaradakı ticarət nümayəndəsi Tofiq Məlikov bildirib.
ANS PRESS-in məlumatına görə o, bu gün Ankarada Qərbdən ərzaq ixracına qarşı Rusiyanın tətbiq etdiyi sanksiyaların nəticələrinin müzakirə olunduğu tədbirdə deyib ki, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmadı. Ona görə, bu ölkəyə diqqət bizim tərəfimizdən ciddi artdı. Rəsmi ikitərəfli əlaqələr günbəgün genişlənir. Ötən ilin avqustunda Rusiyaya çatdırılan balıq məhsulunun həcmi ($51,2 milyona qədər) ikiqat artıb, ət məhsullarının həcmi isə altı dəfədən çox ($14,4 milyona qədər) artıb.
Vurğulanıb ki, yarım il ərzində ərzaq məhsullarının çatdırılıması ilə bağlı türk ixracatçıları ilə 7 müqavilə bağlanıb. Hazırda iki ölkənin Kənd Təsərrüfatı Nazirliyi Rusiyaya yolu açılacaq türk təchizatçıların əlavə siyahısını dəqiqləşdirir.
Onun sözlərinə görə, Türkiyə-Rusiya münasibətlərində vəziyyət müsbət formada davam edir: "Görünən odur ki, Qərb şirkətlərinin Rusiya bazarından gedişi türk investorları üçün əlavə şans yaradıb."
Mənbə:> ANSPRESS