Rusiyanın məhv olacağı tarix » AzNews.info -Xəbər portalı

Rusiyanın məhv olacağı tarix

Rusiyanın məhv olacağı tarix


Rusiya Federasiyasının 10 ildən sonra tamamilə dağılacağı proqnozlaşdırılır.

ANS PRESS-in məlumatına görə, belə bir iddia ilə ABŞ-ın Stratfor şirkətinin analitikləri çıxış ediblər.

Onların fikrincə, dünyada gedən proseslər onu göstərir ki, Rusiya 2025-ci ildə dağılacaq.

Hazırlanan məruzədə bildirilir ki, Rusiyanın ləng iqtisadiyyatı ilə ömrü uzun olmayacaq.

"Rusiyanın əsas problemlərindən biri enerji resurslarının qiymətinin xarici ölkələrdən, daha çox ABŞ-dan asılı olmasıdır. Hazırda Rusiyanın durumu SSRİ-nin 1980-ci illərin, Rusiyanın isə 1990-cı illərin sonunda yaranmış vəziyyəti ilə eynidir. Belə ki, Rusiya iqtisadiyyatında yaranmış böhranın öhdəsindən gələ bilməyəcək və yaxın 10 ildə dağılacaq", - deyə analitiklər hesab edir.

Məruzədə o da qeyd olunur ki, KQB SSRİ-nin son illərində vəziyyətə nəzarət edə bilmədiyi kimi indi də FSB nəzarəti itirəcək: "Rusiya əvvəlcə Cənubi Qafqaza nəzarəti əldən verəcək, daha sonra isə muxtar respublikalar müstəqilliklərini elan edəcəklər".

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *