Qərb Putinlə əməkdaşlığa niyə məcburdur? » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Qərb Putinlə əməkdaşlığa niyə məcburdur?

Qərb Putinlə əməkdaşlığa niyə məcburdur?


Geosiyasət Qərbin Putinlə iş görməyini tələb edir.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın "Financial Times" qəzeti Ukrayna böhranı fonunda Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyaların geosiyasi vəziyyətə adekvat olmadığı barədə məqalə dərc edib.

Qəzetdə dərc olunan məqalədə deyilir ki, Rusiya ilə Qərb arasında yenidən soyuq müharibə başlaya bilməz: "Mixail Qorbaçov xəbərdarlıq edir ki, Qərblə Rusiya arasında yeni "soyuq müharibə" başlana bilər. Ancaq "soyuq müharibə" qayıda bilməz. Çünki Rusiyanın buna iqtisadi gücü yoxdur.

SSRİ-nin iqtisadi potensialı ilə yanaşı güclü ideologiyası var idi. Putinin isə belə alternativi yoxdur. Dünyada Rusiyanın iqtisadi və siyasi idarəetmə modeli qəbul olunmur.

SSRİ ilə Rusiyanın müqayisəni aparan "Financial Times" Putin Rusiyasını təhlükəli dövlət kimi səciyyələndirib:

"SSRİ dünya miqyaslı super dövlət idi. Rusiya isə enişə gedən regional gücdür. Bununla belə bütün dünya üçün təhlükədir. Rusiyanı təcrid etmək daha da böyük təhlükə vəd edir".

Sözügedən məqalədə deyilir ki, İranın nüvə proqramı və İŞİD kimi məsələlərdə Qərb öz dəyərlərindən geri çəkilməmək prinsipi ilə Rusiya ilə əməkdaşlıq etməlidir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *