Krımın Rusiyaya birləşdirilməsi ona 200 milyard dollara başa gələcək
Krımın Rusiyaya birləşdirilməsi ona 3-4 ilə 150-200 milyarda başa gələcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu dəyərləndirməni keçmiş maliyyə naziri Aleksey Kudrin bildirib.
Rusiya büdcəsinin Krım xərcləri illik olaraq 6-7 milyarddan ibarət olacaq, Kudrin Vladimir Putinin hakimiyyətdə olmasının 15 illiyinə həsr edilmiş dəyirmi masada bildirib.
Rusiyanın əsas itkilərini sabiq nazir dolayı xərclərlə, məhz ölkədən kapital axını və qərb sanksiyaları ilə əlaqələndirir.
Putinin mətbuat katibi Dmitri Peskov öz növbəsində Krımın Rusiyanın tərkibinə daxil olmasını ölkə üçün iqtisadi əlverişli hadisə adlandırıb, “İnterfaks” bildirib.
Peskov qeyd edib ki, Rusiya ərazisinin böyüməsindən sonra əlavə gəlirlər meydana çıxıb, bu isə ölkədə iki böyük subyektin əmələ gəlməsi ilə əlaqəlidir. O, həmçinin əlavə edib ki, Rusiya “xarici təzyiq” hiss edib, bu isə Peskovun sözlərinə görə “həm sağlam məntiqə, həm də beynəlxalq normalara ziddir”.
Mənbə:> Oxu.Az