Putinin Qarabağ planı işə düşür » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Putinin Qarabağ planı işə düşür

Putinin Qarabağ planı işə düşür


Postsovet məkanında gedən siyasi proseslər Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olması prespektivini gündəmə gətirməkdədir.

Torpaqlarının 20 faizi Ermənistan tərəfdən işğal olunmuş Azərbaycan ərazi bütövlüyü bərpa olunmadığı təqdirdə Kremlin yeni siyasi-iqtisadi ittifaqına qoşulmaq niyyətində olmadığını birbaşa və dolayısı ilə nümayiş etdirir. Qərb ölkələri ilə siyasi gərginlik yaşayan Rusiya Cənubi Qafqazın ən qüdrətli ölkəsinin Avrasiya İttifaqına qoşulmasının yüksək siyasi və iqtisadi dividentlər gətirəcəyi fonunda Dağlıq Qarabağ münaqişəsini rəsmi Bakının xeyrinə həll etməklə Avropanın enerji təhcizatında mühüm oyunçulardan biri olan Azərbaycanı yeni ittifaqına cəlb etmək planını işə sala bilər.

Belə ki, Gümrüdə rus hərbçinin bir ailənin 7 üzvünü qətlə yetirməsi fonunda yaşanan gərginliyə münasibət bildirən rus politoloqlar iqtisadi potensialı sıfra bərabər Ermənistandansa Azərbaycanın Kreml üçün daha əhəmiyyətli və strateji ölkə olduğu fikrini səsləndirirlər.

Bu baxımdan Qarabağ probleminin açarını əlində saxlayan Moskva yaranmış yeni iqtisadi-siyasi konyukturada rəsmi Bakını Avrasiya İttifaqına daxil olmağa razı salmaq üçün işğal olunmuş ərazilərini Azərbaycana qaytara bilər.

Azərbaycanın Avrasiya İttifaqına qoşulması prespektivləri ilə bağlı politoloqlarının münasibətini öyrəndik.

Politoloq Qabil Hüseynli ANS PRESS-ə verdiyi açıqlamasında bildirdi ki, Dağlıq Qarabağ vertikal şəkildə Bakıya tabe etdirilsə Azərbaycanın Avrasiya İttifaqına daxil olması mümkündür: "Bu halda Azərbaycanın əldə etdikləri itkilərindən çox olacaq. Ola bilsin bu istiqamətdə konfidensial danışıqlar gedir. Rusiyanın da əldə etdiyi dividentlər bu halda daha yüksək olacaq. Bununla belə bu ssenarinin həyata keçməsini utopik görürəm. Çünki bu ssenari açıq şəkildə gündəmə gətirilməyib. Açıq şəkildə bu proses gündəmə gətirilsə Azərbaycana qarşı güdülən gizli niyyətlər də ortaya çıxa bilər.

Azərbaycanın bu prosesdə kifayət qədər manevr etmək imkanları da var ki, maraqlarını maksimum qorusun.

Azərbaycanın ərazi bütövlüyünün bərpa və işğal olunmuş ərazilərdən kənar ölkənin qoşunların olmayacağı təqdirdə Azərbaycan Avrasiya İttifaqına daxil ola bilər. Azərbaycan bu ittifaqda Qazaxıstan qədər öz tövhəsini verə bilər".

Politoloq Tofiq Abbas isə Azərbaycanın Dağlıq Qarabağla Avrasiya İttifaqına qoşulmasının yaxın prespektivdə gözlənilmədiyini bildirdi. Onun sözlərinə görə, Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, özünün inkişaf prioritetləri var və bunu sürətlə həyata keçirməkdədir:

"Bu inkişaf konsepsiyaları ilə Azərbaycan bütün problemlərini ittifaqlara qoşulmadan həll etmək iradəsini ortaya qoyub. Bu baxımdan Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulacağı gözlənilmir. Birinci Avrasiya İttifaqının de-fakto üzvü olan Ermənistan Azərbaycan ərazisini işğal edib. Azərbaycan işğalçı ölkə ilə bir ittifaqda ola bilməyəcəyini dəfələrlə bəyan edib. İkinci bir tərəfdən Rusiyanın forpostu hesab olunan Ermənistanın siyasi gündəmi təkcə Moskvadan deyil, erməni diasporu və erməni kilsəninin də təsirindədir. Və bu təsirlər zaman-zaman Azərbaycana yeni ərazi iddialarının ortaya çıxmasında özünü göstərir. Ermənilər özləri etiraf edirlər ki, diasporun köməyi olmasa yaşaya bilməzlər. Avrasiya İttifaqına qoşulan Ermənistan işğal olunmuş Azərbaycan əraziləri ilə arasında gömrük postları yaratmağa hazırlaşır. Çünki Azərbaycan Avrasiya İqtisadi İttifaqı yaranan zaman öz mövqeyini aydın şəkildə ortaya qoydu. Qazaxıstan prezidenti də bildirdi ki, bu məsələdə rəsmi Bakının mövqeyi nəzərə alınacaq. Bütün bunlar isə onu deməyə əsas verir ki, hələlik Azərbaycanın Dağlıq Qarabağla birlikdə Avrasiya İttifaqına qoşulmasına zəmin yaranmayıb".

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *